Azərbaycanda kişi yenicə boşandığı arvadını bıçaqladı - YENİLƏNİB - VİDEO

14 İyul 2017 20:18

20:18

Daşkəsəndə 22 yaşlı Abbasova Günel adlı qadın bıçaqlanıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Əhmədli kəndində baş verib. Qadın ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən bıçaqlanıb. 

Cəlal Zeynalov (həkim): "Abbasova Günel adında xanım xəsarət alaraq xəstəxanamıza gətirilib. Xəstə təcili əməliyyat olunub və hal-hazırda xəstənin müalicəsi davam etdirilir. Vəziyyəti orta-ağırdır".

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda kişi yenicə boşandığı arvadını bıçaqladı 

----------

10:28

Daşkəsəndə 22 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən keçmiş həyat yoldaşı saxlanılıb.

Milli.Az xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsindən report-a verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Əhmədli kəndində baş verib. 

Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Günel Həsən qızı Abbasova keçmiş qaynatasıgilə gedib. Orada hələki bilinməyən səbəbdən bir müddət əvvəl boşanmış olduğu Gəncə şəhərində yaşayan keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Elxan Rauf oğlu Əliyevlə mübahisə edib. Bu zaman qadın qarın nahiyəsindən bıçaqlanıb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin stabil olduğu bildirilib. Polis tərəfindən saxlanılan keçmiş ər isə ifadəsində hadisəni törətmədiyini qadının özü özünə bıçaqla xəsarət yetirdiyini bildirib.

Saxlanılan şəxs E.Əliyev "Report"un yerli bürosuna qadının özü özünə bıçaqla xəsarət yetirdiyini bildirib: "Mən o qadınla yenicə boşanmışam. Onun ayağı sürüşkəndir, ona görə boşanmışam. Dünən də mənim Gəncədən kəndə gəldiyimi bilib gəlmişdi bizə. Mübahisə yarandı və özü mətbəx bıçağını götürüb özünü vurdu. Mənə şər atır, mən onu vurmamışam".

Rayon Polis Şöbəsindən bildirilib ki, qadın ilkin ifadəsində keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandığını bildirsə də hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində