Hadisə çətin vəziyyətə düşdü

14 İyul 2017 10:43

Müğənni Hadisə gözlənilməz vəziyyətlə üzləşib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçının 2015-ci ildə 1 milyon avro xərcləyərək Bodrumda bacısı Hülya Açıkgözə aldığı çimərlik əldən çıxmaq təhlükəsi ilə qarşı-qarşıyadır.

Belə ki, mülk sahibi olan "Aden Turizm"in məsul şəxsləri çimərliyi işlətməklə bağlı Hülya ilə olan müqaviləni ləğv ediblər. Buna səbəb kimi isə 2 ildir Hadisə və bacısının müqavilədə göstərilən öhdəlikləri yerinə yetirməmələri göstərilib. Bu isə istənilən məbləği mülk sahiblərinə qazandırmayıb.
 
Xatırladaq ki, Hadisə bacısının çimərliyinin bahalı olması ilə bağlı deyilənlərə "Qiymətləri mən də qəzetlərdən öyrəndim, xəbərim yox idi. Onsuz da bütün çimərliklərdə qiymətlər eynidir" cavabını vermişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində