Liftin şaxtasına düşən şəxsin vəziyyəti ağırdır - Bakıda faciəvi olay

14 İyul 2017 10:04

Fövqəladə Hallar Nazirliyi Bakıda liftin şaxtaya düşməsi ilə bağlı məlumat açıqlayıb.

Milli.Az nazirliyə istinadən xəbər verir ki, iyulun 13-də Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58 A ünvanında tikintisi başa çatmamış yaşayış binasında liftin şaxtasına quraşdırılmış qaldırıcı qurğu qırılıb və nəticədə 1970-ci il təvəllüdlü Mərdiyev Ramiz Feyzi oğlu xəsarət alıb.
 
Yaralı şaxtadan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində