Azərbaycan nefti bahalaşdı

14 İyul 2017 09:37

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,84 dollar və yaxud 1,75% artıb.

Milli.Az report-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 48,86 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində