Çinarə Məlikzadə daha bir rekorda imza atdı - VİDEO

14 İyul 2017 09:57

Dünya və Azərbaycan mahnılarını özünəməxsus tərzdə oxuyan müğənni Çinarə Məlikzadə bu dəfə Manaf Ağayevin "Ay canı yanmış"ını oxuyub.

Milli.Az publika.az-a istinadən bildirir ki, pianoda ifa edərək mahnını səsləndirən ifaçı görüntüləri sosial şəbəkədə paylaşıb. O, videoya "Səsinə, sənətinə, insanlığına və ailəsinə böyük hörmət etdiyim gözəl insanla görüşümüzdən", - deyə qeyd edib.

Sözügedən videonu öz səhifəsində paylaşan Manaf Ağayev isə gənc həmkranın bu addımından çox razı qaldığını etiraf edib.

Ç.Məlikzadənin bu videosu İnstagram-da izləyicilər tərəfindən də böyük marağa səbəb olub. Video qısa müddətdə bəyənilmə rekordu qırıb.

Xatırladaq ki, Çinarə Məlikzadə musiqisi Elza İbrahimovaya, sözləri isə Əliağa Kürçaylıya aid olan "Gedək üzü küləyə" mahnısı sayəsində sosial şəbəkələrdə böyük populyarlıq qazanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Manaf Ağayev & Çinarə Məlikzadə - Ay canı yanmış (2017)

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində