Rəqqasə həbsxanadan çıxdı, lüks həyata başladı - FOTO

14 İyul 2017 15:12

"Əməllərimə görə çox peşmanam. Gərək o işi tutmayaydım. Amma olan oldu, keçən keçdi. Əməlimə görə cəzamı çəkmişəm və indi yeni həyatımı yaşayıram".

24 yaşlı rəqqasə Mikaella MakKollum Konolli İspaniyanın Mayorka kurortunda istirahət edir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, M.Makkollum 2016-cı ildə Peruda həbsxanadan azad olandan sonra Şotlandiyanın Qlazqo şəhərindəki "Citizens Advice" şirkətində çalışmağa başlayıb. O, 2 milyon dollarlıq kokaini Avropaya aparmaq istəyəndə Perunun paytaxtı Limada həbs olunmuşdu.

19 yaşlı sabiq satıcı Melissa Reyd və 20 yaşlı Mikaela Makkollum Konolli Limanın beynəlxalq hava limanından "Air Europa" aviaşirkətinin təyyarəsi ilə Madridə yollanmaq, oradan da Mayorkaya getmək niyyətində idilər.

Onların baqajına gömrük baxışı keçiriləndə 6 kq kokain tapılmışdı.

Narkokuryerlərin dediklərinə görə,  kokakini ünvana çatdırmağın müqabilində narkomafiya onların kurortlardakı istirahətlərini tam ödəyəcəklərini vəd etmişdi.

Bundan başqa, Makkollumla Reyd barlarda və klublarda çalışacaqları İbisa kurortunda narkomafiyadan "mükafat" qismində 12 min dollar da alacaqdılar.

Peruda hər biri 6 il 8 ay müddətinə həbs olunan bu xanımlar ötən il azadllığa çıxıblar.

Melissa Reyd İngiltərənin Eyrşir şəhərində mediadan uzaq, sakit həyat sürür.

Mikaella Makkollum isə tam əksinə, lüks və qlamur həyat tərzini seçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində