Bakıda qadın qonşu kişi tərəfindən döyülüb

14 İyul 2017 08:40

Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, 25 yaşlı Hüseynova Gülşən Məhərrəm qızı Mirzə Davud küçəsində, qonşuluqda yaşayan kişi ilə mübahisə edib.

Nəticədə G.Hüseynova kişi tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az