Yaponiyada leysanlara görə bir şəhərin bütün sakinləri evakuasiya edilir

14 İyul 2017 08:35

Yaponiyanın Ayti prefekturasında İnuyama şəhərində leysan yağışlar nəticəsində şəhərin 74 min sakininin hamısı üçün evakuasiya elan edilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Kiodo agentliyi xəbər verir.

Məlumata görə, şəhərə leysan yağışları yağır, 1 saat ərzində 120 millimetr yağış yağıb, şəhərdə sürüşmə təhlükə yaranıb.

Milli.Az