Bakıda mənzildə köməksiz vəziyyətdə qalan 3 azyaşlı xilas edilib

14 İyul 2017 08:22

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 3 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal nzirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:10-da başa çatıb.

Milli.Az