Sabiq prezident 18 aylıq həbs edilib

14 İyul 2017 08:26

Peru məhkəməsi prokurorluğun müraciəti əsasında ölkənin sabiq prezidenti Olyеnte Umalanı və onun həyat yoldaşını 18 aylıq müddətə ilkin həbs edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda hakim Riçard Karuanço deyib.

Onun sözlərinə görə, ilkin saxlanılma qanunamüvafiqdir və zəruridir. Eks-prezident və arvadı iş üzrə istintaq zamanı həbsxanaya yerləşdiriləcəkdir.

Milli.Az