Cənubi Afrikada milli parkdan qaçan 3 şir güllələnib

14 İyul 2017 08:20

Cənubi Afrika Respublikasında milli parkdan qaçan və ev heyvanlarına hücum edən 3 şir güllələnib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, nu haqda News24 yerli xəbər portalı məlumat verib.

Ötən həftə Krüqer Milli parkından 3 şirin qaçdığı barədə məlumat verilibdir. Bir neçə gün öncə yerli fermerin sürüsünə hücum ediblər. Fermer şirlərdən birini öldürüb, digərini yaralayıb. Təqib zamanı ovçular yaralı heyvanı və üçüncü şiri öldürüblər.

Milli.Az