Argentinada etirazçılarla toqquşmada 15 polis yaralanıb

14 İyul 2017 07:59

Argentina polisini 15 əməkdaşı Buenos-Ayres şəhərində PepsiCo şirkətinin zavodunu ələ keçirən aksiya iştirakçılarının dağıdılması zamanı yaralanıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə əyalətin təhlükəsizlik naziri Kristian Ritondo bildirib.

Məlumata görə, fəhlələr 600 nəfərin çalışdığı zavodun bağlanılmasına etiraz olaraq zavodu ələ keçiriblər.

Milli.Az