Uşaqlarını öldürərək soyuducuda saxlayıb - Fransada cinayət

13 İyul 2017 23:17

Fransanın Loryen şəhərində 50 yaşlı qadının qorxunc cinayətləri üzə çıxıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, polis balıqçı gəmisinin soyuducusunda körpə uşaq cəsədi tapıb.

Polis gəmidə işləyən qadının evində axtarış aparıb və daha 2 dondurulmuş körpə cəsədi tapılıb.

Məlum olub ki, qadın 1998, 1999 və 2003-cü illərdə doğduğu uşaqları boğub və dondurucuda saxlayıb.

Qadının 25 yaşında bir oğlunun olduğu bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində