“Qəbələ” – “Yagelloniya” matçının STATİSTİKAsı

13 İyul 2017 23:16

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qəbələ" - "Yagelloniya" matçının statistik göstəriciləri açıqlanıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA görüşdə kimin fərqli komponentlərdə üstün olduğunu müəyyənləşdirib.

Evdə 1:1 hesablı bərabərliyə razılaşan Azərbaycan çempionatının gümüş mükafatçısı qapı istiqamətində dəqiq zərbələrdə rəqibindən geri qalıb.

Komandamız ümumilikdə 16, çərçivəyə isə 4 dəfə zərbə vurub. Bu 4 dəqiq zərbədən 1-i qolla nəticələnib.

Rəqibdə isə bu göstərici uyğun olaraq 16, 7 və 1-dir.

Sarı vərəqələrdə və künc zərbələrində isə "Qəbələ" öndədi.

"Qəbələ"

"Yagelloniya"

1

Qollar

1

16

Zərbələr

16

4

Çərçivəyə

9

7

Çərçivəyə düşməyən

7

5

Dəf olunan

0

9

Künc zərbələri

2

3

Oyundan kənar vəziyyət

1

18

Qayda pozuntusu

10

4

Sarı vərəqə

2

0

Qırmızı vərəqə

0

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində