Təyyarənin havaya qalxmasını izləyən qadın faciəvi şəkildə öldü – VİDEO

13 İyul 2017 21:11

Karib dənizində yerləşən Sen-Marten adasında Yeni Zelandiyadan olan qadın turist təyyarənin havaya qalxmasını izləyərkən faciəvi şəkildə ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisənin videosu YouTube portalında Salt kanalında cümə axşamı, iyulun 13-də yerləşdirilib.

İnsident Niderlandın "Prenses Juliana" hava limanında qeydə alınıb. Çimərlikdə istirahət edən qadın digər turistlərlə birgə "Caribbean Airlines" aviaşirkətinə məxsus təyyarənin Trinidad və Tobaqoya yolda düşməsini izləyirdi.
""
Uçuş-enmə zolağı yaxınlığında 57 yaşlı qadını hava dalğası kənara atıb. O, başı ilə beton döşəməyə dəyib. Hadisə şahidləri tərəfindən yerli xəstəxanaya çatdırılsa da, qadın aldığı zədələrdən dünyasını dəyişib.

Qeyd edək ki, bu ilin fevral ayında "Prenses Juliana" hava limanı dünyanın "13 ən təhlükəli aeroportu" siyahısına daxil edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Təyyarənin havaya qalxmasını izləyən qadın faciəvi şəkildə öldü