Meksikada maskalı şəxslər 11 nəfəri gülləyiblər

13 İyul 2017 20:41

Meksikada evə basqın edən naməlum şəxslər 11 nəfəri qətlə yetiriblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, insident İdalqo ştatının Tisayuka yaşayış məntəqəsində baş verib.

Şahidlər bildiriblər ki, bir qrup maskalı şəxs evə daxil olaraq orada olan bütün böyüklərin hamısını güllələyiblər.

Yeddi kişi və dörd qadın ölüb. Evdə olan 4-14 yaş arası uşaqlardan heç biri xəsarət almayıb.

Polis hesab edir ki, hücum narkotik alverçilərinin mübarizəsinin nəticəsidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində