Demet Akalın konsertini təxirə saldı

13 İyul 2017 19:51

Müğənni Demet Akalın 15 iyul konsertini təxirə salıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb ötən il ölkədə baş verən dövlət çevrilişi günü olmasıdır.

Belə ki, ötən il həmin tarixdə Türkiyə çoxlu sayda şəhid verdiyi üçün ifaçı konsertini başqa tarixə keçirib.

Bu barədə İnstaqram səhifəsində məlumat verən sənətçi "15 iyulda səhnə olmayacaq. Həmin gecə yalnız dualarımız olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində