Gangnam Style-ı YouTube taxtından endirən Wiz Khalifa kimdir?

13 İyul 2017 19:33

Psy-nin Gangnam Style mahnısının klipi artıq YouTube-da ən çox izlənən video deyil. Cənubi Koreya ifaçısının hiti beş ildir ki, ən çox izlənən video olaraq şöhrətini qoruyub saxlayırdı.

Gangnam Style klipi hətta YouTube şirkətini proqramını yenidən kodlaşdırmağa məcbur etmişdi.

Lakin Wiz Khalifa-nın See You Again adlı lirik mahnısı Psy-nin rekordunu qırıb.

Bu günədək 2,895,373,709 dəfə izlənən klip 2,894,426,475 klik toplayan Gangnam Style-ı taxtından endirib.

psy

'Yeni neslin Snoop Dogg-u

Mahnı "Forsaj 7" filmi üçün Charlie Puth tərəfindən bir neçə il əvvəl avtomobil qəzasında həlak olmuş filmin baş rol ifaçısı Paul Walker-in xatırəsinə yazılıb.

"Sənsiz çox uzun bir gün oldu, dostum - Və səni bir daha gördüyümdə hər şeyi danışacam" kimi ifadələr mahnının Böyük Britaniyadakı dəfn mərasimlərində daha çox səslənməsinə səbəb olub.

"Yeni nəslin Snoop Dogg-u kimi qiymətləndirilən ABŞ repçisi Wiz Khalifa 8 illik musiqi karyerası boyunca Prodigy-dən tutmuş 50 Sent-ə qədər bir çox qrup və müğənnilərlə ortaq layihələrə imza atıb. "

Marixuanaya olan marağıyla məşhurlaşan Wiz Khalifa bir müsahibəsində həzz üçün ayda 10 min dollar xərclədiyini söyləmişdi.

Forbes-in 30 yaşdan aşağı sahibkarlar siyahısına daxil olmağı bacaran ifaçı özünün musiqi şirkətini açıb.

20 yaşlı ifaçı karyerasında onu ilhamlandıran müğənnilər arasında Jimi Hendrix, Bone-Thugs-N-Harmony və The Notorious B.I.G.-in olduğunu söyləyib.

Wiz Khalifa

YouTube rəqabəti qızışır

Lakin Wiz Khalifa-nın YouTube-dakı səltənəti uzun müddət davam etməyəcək kimi görünür.

Port Rikolu Luis Fonsi-nin Despacito hiti altı ayda 2.5 milyard klik toplayaraq diqqəti öz üzərinə çəkməyi bacarıb.

Kliklərin artımında zəifləyəcəyi ehtimal olunmur.

YouTube-da ən çox izlənən 50 videodan 47-si klipdir.

DESPACITOFotonun müəllifiUNIVERSAL MUSICImage captionDespacito mahnısı 6 ayda 2.5 milyard dəfə izlənildi.

Bir musiqi sənayesi üçün təhlükəli kimi görünsə də, YouTube hər klip klikləndiyində musiqi sənayesinə 0.001 dollar qazandırır. Əgər bu məlumat doğrudursa, Wiz Khalifa ve Charlie Puth-n mahnısı 2,9 milyon dollar qazanmış olacaq.

ABŞ-ın Şimalı Dakota ştatından olan Wiz Khalifa yeni dövrün hiphop kralı kimi qəbul edlir.

Bu ana qədər qədər Wiz Khalifa 50 Cent və Nelly kimi məhşur repçilərlə duet ifa edib.

Forbes jurnalının 30 yaşdan aşağı ən uğurlu 30 nəfərin siyahıslnda yer alan Khalifa məşhur model Amber Rose-nin keçmiş həyat yoldaşıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində