Tovuzda 5-ci mərtəbədən yıxıldı, sağ qaldı - VİDEO

13 İyul 2017 19:27

Tovuzda qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Tovuz şəhər sakini, 1996-cı il təvəllüdlü Abbaszadə Nərmin Elçin qızı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilin pəncərə şüşələrini silərkən ehtiyatsızlıqdan yerə yıxılıb.
 
Ağır xəsarət alan qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
 
Məlumata görə, sabah N. Abbaszadənin xalası qızının evində təmizlik işləri aparırmış.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tovuzda 5-ci mərtəbədən yıxıldı, sağ qaldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində