Dünya iqtisadiyyatını əngəlləyən – 6 ƏSAS TƏHLÜKƏ

13 İyul 2017 19:07

Dünya iqtisadiyyatını yaxın illərdə zəif iqtisadi artım, mərkəzi bankların monetar sərtləşdirmə siyasətləri fonunda maliyyə bazarlarında volatillik gözləyir.
Milli.Az "Report"a istinadən bildirir ki, bunu Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullina XXVI Beynəlxalq Maliyyə Konqresi zamanı bəyan edib.
E.Nabiullina dünya iqtisadiyyatı üçün 6 əsas təhlükəni sadalayıb. Bunlun birincisi, 2007-ci il maliyyə böhranı ilə müqayisədə daha yüksək borc yükü nün yaranmasıdır. Bu amil xüsusilə inkişaf etməkdə olan ölkələrdə özünü qabarıq şəkildə biruzə verir.
İkincisi, aşağı inflyasiya, bəzən isə deflyasiya amilidir.
Üçüncüsü, uzun müddət davam edən yumşaq monetar siyasət nəticəsində bəzi ölkələrin aktivlərində "köpük" yaranıb.
Dördüncüsü, məhsuldarlıq və investisiyaların aşağı səviyyədə olması inkişafı əngəlləyir və yüksək borc yükünün azaldılmasına mane olur.
Beşinci səbəb əhalinin gəlirlərinin qeyri-bərabər bölgüsü ilə bağlıdır. Sonuncusu isə, əmtəə qiymətlərinin aşağı səviyyədə olması amilidir.
"Göründüyü kimi, aşağı əmtəə qiymətləri ölkələrin iqtisadi inkişaf tempini artırmağa imkan vermir", - deyə E.Nabiullina qeyd edib.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində