"Juventus"un müdafiəçisi klubunu dəyişə bilər

13 İyul 2017 17:42

"Juventus"un müdafiəçisi Leonardo Bonuççi yaxın vaxtlarda klubunu dəyişə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Mediaspet" 30 yaşlı futbolçunun "Milan"a keçməyə razılaşdığını yazıb. Bonuççi "rossoneri" ilə şəxsi müqavilənin şərtlərini də müzakirə edib. Tərəflər 7 milyon avro illik məvacibdə ortaq məxrəcə gəlib. Bəzi məlumatlara əsasən "Milan" Bonuççinin transferi üçün Romanyoli və Mattia Di Şilyonu da Turin klubuna göndərə bilər. Belə olan halda əlavə 10 milyon avro ödəniləcək. İtaliyalı müdafiəçi "Barcelona", "Chelsea", "Manchester City" və "İnter"in də maraq dairəsindədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində