Kəramət sahibinin namazı üçün xarab olan maşın

15 İyul 2017 19:40

Din alimlərindən olan Hacı Şirazi nəql edir: "Bir gün əmim oğlu ilə birlikdə küçələrin birində dayanıb taksi gözləyirdim. Yolumuz uzaq idi. Yarım saat gözləməli olduq və taksilər ya dolu olurdu, ya da saxlamırdılar. Çox yorulduq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, anidən bir taksi gəldi və saxladı. Bizə dedi: "Ağalar, buyurun minin. Hara istəsəniz, sizi apararam".
Biz maşına mindik və gedəcəyimiz yeri dedik. Yola düzəldik və mən əmim oğluna dedim ki, Allaha şükür olsun ki, bu şəhərdə bir müsəlman tapıldı ki, bizi məqsədimizə aparsın.
Sürücü bu sözlərimi eşidən zaman dedi: "Ağalar, mən müsəlman deyiləm, xristianam". Soruşduq: "Bəs nə yaxşı bizi görüb götürdün?".
Dedi: "Müsəlman olmasam da, alim müsəlmanlara, xüsusilə də din paltarı geyinənlərə əqidəm vardır. Ehtiramlarını özümə vacib bilirəm".
Sonra danışmağa başladı: Bir gün mərhum Ağa Hacı Mirzə Sadiq Mücdəhid Təbrizini sürgün edildiyi yerə aparırdım. Yol üzərində bir bulağa rast gəldik və alim dedi ki, burada saxlayın zöhr və əsr namazımı qılım. Lakin ona nəzarət edən əsgər mənə dedi ki, onun sözlərinə fikir vermə və sür.
Mən də diqqət etmədim və sürdüm. Bir su olan yerə gəlib çatdıq, anidən maşın söndü. Hər nə qədər səy etdimsə, işə sala bilmədim.
Maşından düşdüm ki, səbəbini tapım. Alim buyurdu: "İndi ki, maşın dayanıbdır, qoyun namazımı qılım".
Əsgər bir söz deyə bilmədi. Alim namazını qılmaqla məşğul oldu və biz də maşını düzəltməyə çalışırdıq. O zaman ki, namazını bitirdi, maşın işə düşdü.
O gündən bəri başa düşdüm ki, bu libasın sahibləri Allah yanında möhtərəm və abırlıdırlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində