Peyğəmbərin vəfatından sonra şəfaəti

15 İyul 2017 20:10

Qurani-Kərim buyurur: "Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər". ("Nisa" 64).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Munhəcul-sadiqin" təfsirində oxuyuruq ki, Əmirəl-möminin (ə) nəql edir: "Peyğəmbər (s) vəfat edən zaman onu dəfn etdik və üç gün bu hadisədən keçdi.
(Üç gündən sonra) Bir ərəb gəldi və Peyğəmbərin (s) qəbrinin başında oturub başına torpaq tökdü və dedi: "Ey Rəsulallah! Nə dedinsə, eşitdim və ona iman gətirdim. Ancaq Allah Təala tərəfindən bizim üçün gətirdiyin haqqa əməl etmədim. Allah Təala bizim üçün gətirdiyin bu kitabda buyurur:  (və yuxarıdakı ayəni deməyə başlayır).
Ey Rəsulallah! Mən özümə zülm etdim. Allahın Rəsulunun (s) yanına gəlmişəm ki, mənə görə istiğfar edəsən".
(Bu zaman) Həzrətin (s) qəbrindən səs gəldi və dedi: "Allah səni bağışladı!".
Bu səsi məscid əhli də eşitdi və hamı ağlamağa başladı".
Allah Təala bizləri o Həzrətin (s) şəfaətində qərar versin, inşəallah.

Milli.Az

Digər mar