Niyə İmam Cəfər Sadiq barədə hədislər çoxdur?

15 İyul 2017 21:15

Niyə hədis kitablarımızda İmam Cəfər Sadiqdən (ə) rəvayət edilən hədislərin sayı digər imamlardan rəvayət edilən hədislərin sayından xeyli çoxdur?

İmam Cəfər Sadiqin (ə) imamət dövrü Əməvilər sülaləsinin hakimiyyətinin sonlarına, Abbasilər sülaləsinin hakimiyyətinin əvvəllərinə tasadüf etmişdir. Bu iki sülalə xilafət uğrunda qızğın mübarizə apardığı üçün Əhli-beyt məzhəbinin tərəfdarları üzərində nəzarət bir qədər zəifləmişdi. İmam Cəfər Sadiq (ə) şəraitdən istifadə edərək, Mədinə şəhərində iri miqyaslı məərifləndirmə və tədris fəaliyyətinə başladı. Müsəlman dünyasının hər tərəfindən Əhli-beyt tərəfdarları o həzrətin dərslərinə axışırdılar. Hətta əhli-sünnə məzhəbinin də bəzi böyükləri İmam Sadiqdən (ə) dərs almışdı. İmam Cəfər Sadiqin (ə) tələbələrinin sayının 4 mini ötüb-keçdiyini yazırlar. Bu tələbələr xilafətin dörd tərəfinə yayılaraq Əhli-beyt maarifini təbliğ etdilər. Məhz bu səbəbdən İmam Sadiqin (ə) hədislərinin sayı daha çoxdur. Çünki o həzrətlə görüşmək və onun dilindən hədis eşitmək imkanı daha asan olmuşdur. Eləcə də, həzrətin ravilərinin (onun dilindən hədis rəvayət edənlərin) sayının çoxluğu buna şərait yaratmışdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində