Zakir Həsənovdan Rusiyadan alınan silahlarla bağlı AÇIQLAMA

13 İyul 2017 17:27

"Rusiyadan tankların, "Smerç" reaktiv yaylım atəşi sistemlərinin və "Msta-S" qurğularının tədarükü üzrə müqavilənin 90 faizi yerinə yetirilib, Bakı ödənişləri yerinə yetirib və silahlar uğurla tətbiq edilir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.

Qeyd edək ki, Rusiyadan yeni silahların Azərbaycana iyun ayında çatdırıldığı məlumat verilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində