İstirahətə gedən gənc qız xəstəxanalıq oldu - VİDEO - FOTO

13 İyul 2017 17:37

Oğuzda bədbəxt hadisə baş verib.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, Oğuz Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, iyulun 12-i günorta saatlarında Yevlax rayonu Aşağı Bucaq kənd sakini, 1993-cü il təvəllüdlü Sevinc Mətləb qızı Kərimova qapalı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məlum olub ki, ailəsi ilə birlikdə rayona istirahətə gələn gənc qız rayonun Xalxal kəndi yaxınlığında dağlıq- meşəlik ərazidə gəzərkən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

Sevinc Kərimovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İstirahətə gedən gənc qız xəstəxanalıq oldu