Adriananın sevgilisi: "Ailəm varlı deyil"

13 İyul 2017 17:26

Braziliyalı model Adriana Lima ilə yaşadığı eşqlə gündəmə gələn türk yazar Metin hara ilk dəfə danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, yazar Adriana ilə münasibətinin reklam olması haqda deyilənlərə belə cavab verib:
 
"Bunu piar adlandıranların şərhlərini dəhşət içində oxuyuram. Bu, ağlasığımazdır. Ailəm varlı deyil: iri yaxtalarım, bahalı avtomobilim, lüks həyatım yoxdur. Biz Adriana ilə birlikdəyik. Bu dəfə eşq, qəlblər qazandı...Şizofrenlərə məxsus ssenarilər yazmaqdansa, ağıllı nəsə deyin. Heç bir məhsulumu satışa çıxarmamışam ki, piar edim".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində