Şəlalə kimi yağış yağdı, şəhərin sadəcə yarısı islandı - FOTO

14 İyul 2017 07:48

Tayvanın paytaxtı Taybey şəhərində qəribə təbiət hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, qəflətən şəhərin üstünü qara buludlar alıb. Şəhərin bir tərəfinə şəlalə kimi yağış yağarkən, digər tərəfinə bir damcı belə su düşməyib.
Fantastik təbiət hadisəsi fotoqraf Ceff Çen tərəfindən lentə alınıb.

Mütəxəssilər sözügedən təbiət hadisəsinin Tayvanda tez-tez yaşandığını açıqlayıb. Hadisəyə səbəb kimi şəhərdəki havada nəmliyin nizamsız olması göstərilib. (publika.az)

Milli.Az