Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edildi - SİYAHI

13 İyul 2017 16:14

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

"Tərəqqi" medalı ilə

Hümbətov Surəddin Məmmədhüseyn oğlu

Qasımov Kyavus Safa oğlu

Məmmədov İlham Hacı oğlu

Vəliyev Cavanşir İnqlab oğlu.

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Kərimova Nüşabə Rəhim qızı

Təbrizli Arzu Sirus qızı

Zahidova Ladən Vahab qızı.

Milli.Az