"Meyvezerlə rinqə Ronaldunu da buraxmaq olardı"

13 İyul 2017 16:24

Məlum olduğu kimi UFC-nin tanınmış siması Konor Makqreqor və peşəkar boksun canlı əfsanələrindən Floyd Meyvezer avqustun 26-da rinqdə üz-üzə gələcək. Bu döyüş barədə Makqreqora sərt münasibəti ilə seçilən Habib Nurmaqomedov da danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, dağıstanlı MMA döyüşçüsü bunları deyib:

"Bu döyüş deyil, piardır. Düzü, kimin qalib gələcəyi məni maraqlandırmır. Öz döyüşümə hazırlaşacam, işimlə məşğul olacam. Əlbəttə, döyüşü izləyəcəm və Konorun üslubuna göz qoyacam. Ümumi götürəndə, bu qarşılaşma böyük pulları cəlb etmək üçün şoudur. Yeri gəlmişkən, Floydla rinqə Kriştianu Ronaldunu da buraxmaq olardı. Konor nəyə lazımdır? Peşəkar boksçunun peşəkar futbolçunun necə döyməyi də hər kəsə maraqlı olardı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində