"Məni xilasedicilər sudan çıxardılar" - Namiq dənizdən qorxur

13 İyul 2017 16:13

"Dənizə səhər tezdən - saat 7-də gəlir, 11-ə kimi üzürəm. Həmin vaxt adam az olur. Bu, ulduzluq deyil. Sadəcə, bir az çəkinirəm".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri meyxanaçı Namqi Qaraçuxurlu "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. 

İfaçı dənizə qarşı fobiyası olduğunu etiraf edib:

"Sudan bir az qorxmuşam. Bir dəfə qayığı çevirdilər, düşdüm suya, boğulurdum. Bir neçə dəfə cəhd göstərdim, gördüm alınmır, qollarımı buraxdım. Məni xilasedicilər sudan çıxardılar. Ondan sonra dənizdən qorxdum. İndi-indi yenidən dənizə alışıram".

N.Qaraçuxurlu son günlər görünüşündə dəyişiklik edib, saqqal saxlamasının səbəbini açıqlayıb:

"Güzgüyə baxıb, eyni simanı görməkdən yoruldum. İstədim bir az dəyişiklik edim".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində