"Çelsi"dən 45 milyonluq transfer

13 İyul 2017 15:56

"Çelsi" "Monako"nun yarımmüdafiəçisi Temue Bakayokonu transfer edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klublar arasında hərtərəfli razılıq əldə olunub.

Bu gün Londona yollanan fransalı futbolçu sabah tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. 22 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti  5 illik olacaq.

"Çelsi"nin bu transfer üçün qarşı tərəfə 45 milyon avro ödəyəcəyi bildirilir. 

Qeyd edək ki, T. Bakayoko ötən mövsüm "Monako"nun heyətində 32 matçda 2 qol  və 1 məhsuldar ötürmə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində