Tağı Əhmədovdan Çovdarovun sensasion iddialarına dair AÇIQLAMA

13 İyul 2017 16:00

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara eks metropoliten rəisi münasibət bildirib.

Milli.Az xəbər verir ki, Tağı Əhmədov bizimyol.info-ya açıqlamasında iddiaların yalan olduğunu bildirib: "Əl çəkin, imkan verin işimi görüm. Çovdarov yalan danışır. Nə danışır mənə aidiyyatı yoxdu. Məni narahat eləməyin".

Qeyd edək ki, Akif Çovdarov məhkəmədə ifadəsi zamanı ölkədə şok yaradacaq faktlar açıqlayıb. Akif Çovdarov Tağı Əhmədovun metropoliten rəisi olduğu vaxt ölkə büdcəsindən pullar mənimsədiyi, ölkə daxilində və xaricində küllü miqdarda pullarının, obyektlərinin, ticarət mərkəzlərinin olduğu siyahı təqdim edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində