Valensiya yeni klub tapdı

14 İyul 2017 08:38

"West Ham United"in ekvadorlu hücumçu Enner Valensiya okeanın o tayına yollanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu "Tigres"lə müqavilə imzalayıb. Müqavilənin müddəti və maliyyə tərəfləri açıqlanmır. Valensiya 2014-cü ildən "çəkicdöyənlər"in şərəfini qoruyurdu. London klubuna "Pachuca"dan gələn forvard 66 oyuna 10 qol vurub. Ötən mövsümü Enner icarə əsasında "Everton"da keçirmişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində