"Qəbələ"nin oyununa nə qədər bilet satılıb? - Polşadan da gələnlər var

13 İyul 2017 17:08

"Qəbələ" bu gün Avropa Liqasının II təsnifat mərhələsində "Yagelloniya"nı qəbul edəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, oyuna 5 mindən artıq bilet satılıb. Matç saatına qədər bu rəqəmin xeyli artacağı gözlənilir. Polşa klubunun isə 25 azarkeşi Bakıya gəlib.

Qeyd edək ki, 8-ci kilometr qəsə stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində