Din xadiminin PORNO OYUNU: imamla bağlı MÜDHİŞ FAKTLAR - FOTO

13 İyul 2017 17:30

İndoneziyada siyasi qalmaqal get-gedə alovlanır: Əxlaq mücahidi və şəriət qanunlarının qızğın tərəfdarı, porno çəkilişlərə məcbur etmədə ittiham olunan imam Həbib Rizek məhkəməyə gəlməkdən boyun qaçırıb. İmam hazırda Səudiyyə Ərəbistanında yaşayır və gərginlik aradan qalxmayınca oradan qayıtmaq fikri yoxdur. Rizekin tərəfdarları bildirir ki, ittiham polis tərəfindən uydurulub və onun rəqibləri bundan kam alırlar.

İslam qaydaları və ənənələrinin pozulması ilə mübarizə aparan imam özü günah pəncəsinin qurbanı olub. Hadisənin təfərrüatı diqqətinizə çatdırırıq:

İndoneziyalı imamım gözəlçəsi

"Gözəlim, mən gözləyirəm, hərçənd ehtiras məni incidir... Dayanma. Mənə çılpaq fotonu göndər".

Bu üç fraza kifayət etdi ki, İndoneziyada siyasi qüvvələr nisbəti tam alt-üst olsun. Bütün məsələ bunları yazan insanın kimliyindədir: Məhəmməd Rizek Şihab - daha çox Həbib Rizek kimi tanınnan çılğın İslam dini təbliğatçısı, "qərb günahlarına" qarşı mübarizə aparan və "Təmiz İslam uğrunda Hərəkat"ın lideri.

Aprel ayında naməlum şəxslər internetə iki sevgilinin yazışmasını - Vatsap skrinşotlarını yayıblar. Firzə Hüseyn adlı qadın öz həmsöhbətinə intim pozalarda çılpaq şəkillərini göndərib, opponenti isə qadına öz ehtirasları haqda danışaraq onu ürəkləndirirdi. Sən demə, həmsöhbətlərdən biri Həbib Rizek, digəri isə onun rəhbərlik etdiyi "Təmiz İslam uğrunda Hərəkat"ın aktivisti idi.

Ölkədə müdhiş qalmaqal yaranıb. Yazışma yayılan vaxt Səudiyyə Ərəbistanında olan imam evə qayıtmaqdan imtina edib, çünki düşünür ki, bütün yayılan məktublar polis təxribatıdır.

"Mənə dəfələrlə şər atıblar. Deyirdilər ki, guya mənim 6 arvadım var, mən öz davamçılarımla sekslə məşğul oluram, qadınları zorlayıram, 100 milyard rupi rüşvət toplamışam, dövlət torpaqlarını oğurlayıb satmışam, dövlətçiliyin əsasları və müxtəliflik ideyasını inkar edirəm və s. Yeni bir şey deyil".

"Kafir"i məhkəməyə

9 may 2017-ci ildə Cakarta Məhkəməsi binasının ətrafına minlərlə adam toplaşır. Böyük kütlənin arasında bir neçə cərgə polis də düzülür.

Bu vaxt məhkəmədə Cakartanın sabiq meri Basuki Çaxayu Purnamaya hökm oxunurdu. Etnik çinli, Axok ləqəbli keçmiş mer xristian dini etiqadına malik idi və prezident Coko Vidodonun silahdaşı sayılırdı. 2016-ci ilin sentyabrında, seçkiqabağı kampaniyanın ən qızğın çağında o, opponentlərini ittiham etdi ki, onlar siyasi məqsədlərlə Quran ayələrindən isrifadə edirlər, hansı ki, həmin ayələr xristianları və yahudiləri müttəfiq yaxud havadar kimi görməyi qadağan edir. Həmin gün internetdə montaj olunmuş audioyazılar yayıldı, sanki Ахоk, siyasi rəqiblərini deyil, Quranı tənqid edib. Noyabrda yarım milyon adam küçələrə çıxaraq, "kafir" merin istefasını tələb edirlər, təbii ki, Purnama bu mübarizədən qalib çıxa bilməzdi və o, məhkəməyə verilir.

Keçmiş mer üzr istəsə də, bunun bir köməyi olmadı və Ахоk müsəlmanların hisslərini təhqir etməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edildi.

Həbib Rizek və dostu "Öldür-Öldür"

Həbib Rizek məhz o adam idi ki, noyabrda 500 min insanı Cakarta küçələrinə çıxarmışdı. O, ərəb mənşəli indoneziyalının oğludur. "Qurani Kərim" onun ilk oxuduğu kitabı olub. Rizek 25 yaşında ilahiyyat dərsləri öyrənmək üçün Səudiyyə Ərəbistanına yollanıb və düşünürdü ki, bütün İndoneziyada İslamı tətbiq etmək lazımdır.

Evə qayıdandan sonra, 1998-ci ildə o, əsas məqsədi İndoneziyanı tam islamlaşdırmaq olan "İslam Müdafiəçiləri Cəbhəsi" radikal təşkilatını yaradır. "Cəbhəçilər" şəriət patrulları yaradır, qərb ifaçılarının konsertlərinə mane olur, qəzet dükanlarında Playboy jurnalının satışını əngəlləməyə çalışırdılar.

Rizek özü hərəkatın üzvlərini zorakılığa çağırmaqdan qəti çəkinmirdi. O, açıq-aydın "Əhmədiyyə" (XIX əsrdə Hindistanda yaranmış reformist hərəkat) hərəkatının üzvlərini "harda görsəz öldürün" əmri verirdi: "Bəli, "Əhmədiyyə" ilə müharibəyə gedin! "Əhmədiyyə"nin üzvlərilə harada qarşlaşsanız, onları öldürün. İnsan hüquqları haqqında danışanlara qulaq asmayın. İnsan hüquqları - bu qorxunc kəşf sadəcə şeytanın işidir. Əgər sizdən soruşsalar ki, "Əhmədiyyə" qətllərinə görə məsuliyyəti kim daşıyır, o zaman onlara deyin ki, onları öldürməyi bizə Həbib Rizek və Sobri Lubis ("Öldür-Öldür" ləqəbli daha bir populyar radikal imam) əmr edib. Qorxmayın".

Bu çağırışlar öz "bəhrəsini" verir. Məsələn, 2011-ci ilin fevralında daşla silahlanmış minlərlə "cəbhəçi" üç "Əhmədiyyə" üzvünün başını üzür. Rizekin tərəfdarları digər konfessiyaların nümayəndələrinə, o cümlədən xristianlara da dəfələrlə hücum edirdilər.

Fəaliyyəti və çıxışlarına görə Rizek dəfələrlə barmaqlıqlar arasında olub, lakin hər dəfə yüngül müddət alırdı. Belə görünür ki, bu, ilk növbədə ona görə idi ki, onun güclü himayədarları var. Vatsap dərc edilmiş sənədlərində də Rizekin təşkilatı haqda qeydlər öz əksini tapıb. Sənəddə üzdəniraq təşkilat, prezident Vidodonun siyasi rəqiblərinin əlində bir növ ölüm eskadronu kimi nəzərdə tutulub və zərurət olarsa, ölkədə vəziyyəti fəallaşdırmaq, istənilən rəqibi aradan qaldırmağa qadır hərəkat kimi göstərilib.

Mülayim müsəlman demokratiyası

Əhalinin 90 faizini müsəlmanlar təşkil edir, lakin İndoneziya "mülayim islam dövlət modeli" hökm sürməkdədir və bu Qərbi qane edir. Əbəs deyil ki, hətta Hillari Klinton və Trampın vitse-prezidenti Maykl Pens də çıxışlarında bu ideal modeli nahaq yerə tərifləmirlər.

Bu model indoneziyalıların əksəriyyətini də qane edir. 2017-ci ilin may ayında keçirilən sorğunun nəticələri göstərir ki, ölkə sakinləri, istəmirlər ki, ölkədə xilafət qurulsun, şəriət qanunları tətbiq edilsin. Əhalinin 80 faizi "İslam dövlətinə" qarşı mənfi fikirdədir. Amma onlar icbari dini təhsilin qorunub saxlanmasının tərəfdarlarıdır və istəyirlər ki, ölkə lideri imanlı insan olsun. Qısası, indoneziyalılara mülayim müsəlman demokratiyası lazımdır.

Təhlükəyə qarşı tədbirlər

İndoneziya hakimiyyəti son ana qədər ölkədə bu tarazlığı saxlaya billirdi, amma indi vəziyyət dəyişə bilər.

Həbib Rizekin və onun "Cəbhəsi"nln tərəfdarlarının sayı yavaş-yavaş olsa da, artır. Bu məhkəmə işi imamım nüfuzuna ciddi zərbə vura bilər, amma təşkilatda onun yerinə rəhbər vəzifə tutmağa hazır olan bir neçə iddialı namizəd var. Bəlkə də imam özü sudan quru çıxa bildi.

"Əgər bu yazışma quramadırsa və kampaniyanın məqsədi "Cəbhə"ni məhv etməkdirsə, o zaman, ciddi səhvdir", - deyə avstraliyalı ekspert və politoloq İen Vilson qeyd edir.

O, daha sonra belə deyir: "Rizeki 2 dəfə barmaqlıqlar arxasına salıblar, ancaq hər dəfə o həbsxanada olduğu müddətdə, təşkilatın sıralarında artım müşahidə olunub. Çünki bu zaman vətəndaşlar onu, ideyaları uğrunda fədakar mübarizə aparan məzlum şəxs kimi alqışlayırlar".

İndoneziya hakimiyyəti və prezident Vidodo üçün islamçıların artımı əslində təhlükəli simptomdur. Yüz minlərlə indoneziyalı radikal "Hizb ut-təhrir" təşkilatının (8 may 2017-ci ilə qədər ölkədə açıq fəaliyyət göstərirdi) halına acıyır. Eyni zamanda "İslam dövləti" qonşu Filippində yeni cəbhə açıb. Hərbçilər xəbərdarlıq edir ki, yaraqlı-islamçıların hər bir vilayətdə "yatan özəklər"i var və bu şəraitdə, rəsmi Cakarta salamat qalmaq istəyirsə, tezliklə "Cəbhə"çiləri aradan qaldırmalıdır./Publika.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində