Uşaqlarını marketə göndərib, arvadını öldürdü - FOTO

13 İyul 2017 18:42

Türkiyədə qətl hadisəsi törədilib.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, Kayseri şəhərində ər arvadını öldürüb. O, uşaqlarını marketə göndərdikdən sonra həyat yoldaşını iki yerindən bıçaqlayıb, sonra da tüfənglə güllələyib.

13 illik xanımı, 2 uşağının anası Meral Polatı öldürən 35 yaşlı Abdurrahim Polat cinayəti törətdikdən sonra qaçmaq istəsə də, polislər tərəfindən tutulub.

Məsələ ilə bağlı cinayət işi açılıb. Araşdırma davam etdirilir.

Qeyd edək ki, Abdurrahim Polat narkotika aludəçisidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində