Azərbaycanlı aktyor "Kardeşim benim 2"yə çəkilir - FOTO

13 İyul 2017 18:48

Aktyor Kamran Ağabalayev Türkiyə istehsalı olan "Kardeşim benim 2" filmində rol alacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor Burak Özçivitin prodüserliyini etdiyi ekran işində onunla yanaşı Murad Boz da çəkilir.

K.Ağabalayev əməkdaşımızla söhbətində bildirib ki, iyulun 16-da çəkiliş komandasına qatılacaq:

"Filmin çəkilişləri başlayıb. Mən də 16-da gedəcəm. Ssenari haqqında çox danışmağa ixtiyarım yoxdur".

Qeyd edək ki, "Kardeşim benim 2"nin çəkilişləri Çanakkalenin Bayramiç rayonunda aparılır. Ekran işinin noyabrın 24-də təqdim olunması planlaşdırılır. 

Filmin birinci hissəsində aktrisa Aslı Enver də rol almışdı. İkinci hissədə isə onun olub-olmayacağı sirr saxlanılır. Hətta filmdə Merve Boluğurun çəkiləcəyi xəbəri də yayılmışdı. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində