Hacı sevgilisinin rəfiqəsi ilə öpüşməsi xəbərindən danışdı

13 İyul 2017 14:43

İş adamı Hacı Sabancı aktyor Cem Yılmazın keçmiş xanımı Ahu Yağtu ilə gecə klublarından birində öpüşməsi xəbərlərinə münasibət bildirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, hazırda Yunanıstanda tətildə olan Sabancı iddiaların yalan olduğunu deyib. Sosial şəbəkədə fotosunu paylaşan Hacı "Mən susduqca, yalan xəbərlər davam edir" yazıb. 

Qeyd edək ki, Hacı Sabancı model Özge Ulusoyla sevgili olub. Ahu Yağtu isə Özgenin yaxın rəfiqəsidir. Özge Ahu ilə Hacının öpüşməsi xəbərlərindən sonra mətbuata açıqlamasında rəfiqəsindən belə bir şey gözləmədiyini və şoka düşdüyünü demişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində