Öküz 6 nəfərə xəsarət yetirdi

13 İyul 2017 15:09

İspaniyanın Pamplona şəhərində keçirilən San-Fermin festivalı çərçivəsində ənənəvi öküz qaçışları zamanı 6 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, onlardan iki nəfəri öküzlərin zərbələri nəticəsində xəsarət alıb. 4 nəfər isə yıxılaraq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu öküz qaçışları ümumilikdə 2 dəqiqə 40 saniyə davam edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində