Azərbaycanlı futbolçu "Anji"yə icarəyə verildi

13 İyul 2017 14:28

Rusiya "Spartak"ının əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev "Anji" klubuna daha bir il müddətinə icarəyə verilib.

Milli.Az Report-a istinadən xəbər verir ki, iki klub arasındakı anlaşma 2017-2018 mövsümünün sonunadək qüvvədə olacaq.

Quliyev ötən mövsümün ikinci yarısında da Dağıstan təmsilçisinin formasını geyinib. O, 12 oyunda meydana çıxıb.

Qeyd edək ki, "Anji" komandasının baş məşqçisi milliyyətcə erməni olan Aleksandr Qriqoryandır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində