Manatın məzənnəsi dəyişdi

13 İyul 2017 13:22

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Milli.Az AMB-nin saytına istinadən xəbər verir ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7022 səviyyəsində formalaşıb.

Qeyd edək ki, iyulun 13-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7020 manat təşkil edirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində