Göydən düşən güllə 13 yaşlı oğlanın ölümünə səbəb oldu

13 İyul 2017 19:00

Evlərinin həyətində basketbol oynadığı zaman 13 yaşlı amerikalı Noy İnman qəflətən yerə yıxılıb. Dostları onun huşunu itirdiyini zənn edərək, təcili yardım çağırıblar.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə yerinə gəlmiş həkimlər uşağın başında güllə yarası aşkar ediblər.

Polisin ehtimalına görə, qonşu həyətdə atəşfəşanlıq xatirinə havaya atılmış güllə yerə enərkən 13 yaşlı yeniyetməyə tuş gəlib. Həkimlərin bütün səylərinə baxmayaraq, Noy İnman bir həftədən sonra xəstəxanada vəfat edib. Güllə atanın şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində