Hindistanda aramsız yağışlar 40 nəfəri "boğdu"

13 İyul 2017 13:17

Hindistanın şimal-şərqində Assam ştatında daşqınlarda ölənlərin sayı 40-a çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 1,5 milyon nəfər evsiz qalıb.

Qeyd edək ki, Hindistanda artıq 2 həftədir aramsız yağışlar yağır. Yağışlar nəticəsində Brahmaputra çayı da məcrasından çıxaraq ətrafı basıb. Bu səbəbdən Assam ştatında 2,5 min kənd sel suları altında qalıb.

Kaziranqa Milli Parkının da sel suları altında qaldığı bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində