"Real"ın qərarlaşdığı baza yaxınlığıda bomba təhlükəsi

13 İyul 2017 18:54

Amerika polisi "Real"ın yeni mövsümə hazırlaşdığı UCLA təlim bazasında yoxlama aparıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu tədbir baza yaxınlığında şübhəli paketin aşkarlanmasına görə aparılıb. Həmin baza Kaliforniya Universitetinə aiddir. Polis bomba həyəcanı səbəbindən tələbə şəhərciyinin 3 məhəlləsini boşaltmalı olub. Ərazidə aparılan axtarışlara itlər də cəlb olunsa da, təhlükəli bir şey tapılmayıb. Gecə yarısı tələbələrə evə qayıtmaq icazəsi verilib. UCLA bazasında "Manchester United" də hazırlıq keçir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində