"Barselona" ispan müdafiəçinin transferindən əl götürdü

13 İyul 2017 13:46

"Barselona"nın baş məşqçisi Ernesto Valverde sağ cinah müdafiəsinə Hektor Bellerinin transfer olunmasına razı olmayıb.

Milli.Az goal.az-a istinadən verdiyi məlumata görə 53 yaşlı mütəxəsis onu taktiki və fiziki baxımdan komandasına uyğun futbolçu hesab etməyib. Bundan başqa, "Arsenal"ın 22 yaşlı müdafiəçiyə görə tələb etdiyi 40 milyon avronu ödəmək də katalonların maraqlarına ziddir. İspan mediasının məlumatına görə "Barcelona" Belyerinə görə danışıqlarda ilkin olaraq 30 milyon avro təklif etmək fikrində idi. Futbolçunun "Arsenal"la cari müqaviləsi 2023-cü ildə başa çatmalıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində