Daşqınlar 12 nəfərin həyatına son qoydu - Pakistanda

13 İyul 2017 12:04

Pakistanın şimal-şərqində daşqınlar nəticəsində azı 12 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, daşqınlar Pəncab əyalətinin 3 bölgəsində qeydə alınıb.

Qeyd olunur ki, şiddətli yağıntılar daha bir neçə gün davam edəcək.

Bundan başqa, meteoroloqlar həftə sonu Pakistanın bu bölgəsində yeni siklonun keçəcəyi barədə xəbərdarlıq ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində