Ebru klipi üçün avtomobili əzdirdi - FOTO

13 İyul 2017 12:44

Müğənni Ebru Yaşar "Haddinden fazla" albomunun "Ben ne yangınlar gördüm" mahnısına klip çəkdirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, klipin mövzusu xəyanətlə bağlıdır. Ebrunun ekran işində avtomobil qəzası səhnəsi üçün BMW markalı avtomobil parçalanıb. 5 nəfərin baş rolda yer aldığı klipin çəkilişi üçün 70 nəfərlik heyət çalışıb. Ebru çəkiliş meydançasında sualları cavablandırıb:
 
"Film kimi klip çəkirik. Bizim kliplərdə adətən qəza səhnələri üçün komputer effektlərdən istifadə edilir. Amma biz elə etmədik. Həqiqi avtomobili parçaladıq". 

Ebru Yaşar 10 gün sonra "Havadan sudan" mahnısına da klip çəkdirəcəyini deyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində