"O səs Türkiyə"nin iştirakçısını bıçaqladılar - FOTO

13 İyul 2017 11:28

"O səs Türkiyə" yarışmasında iştirakçı olmuş "Frenki" ləqəbli Murat Özel hücuma məruz qalıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni gecə yarısı evinin qarşısında naməlum adamlar tərəfindən bıçaq, mişar və sopa ilə vurulub.

Bədəninin müxtəlif nahiyələrindən zədə olan Muradı yaxınları tapıblar. Onlar dərhal müğənnini xəstəxanaya çatdırıblar.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində