Ramil Şeydayev Çempionlar Liqasında debüt etdi

13 İyul 2017 11:20

Millimizin hücumçusu Ramil Şeydayev Slovakiyanın "Jilina" klubunun heyətində Çempionlar Liqasında debüt edib.

Milli.Az fanat.az-a istinadən bildirir ki, o, "Kopenhagen" ilə II təsnifat mərhələsinin ilk görüşündə meydana çıxıb. 

21 yaşlı Şeydayev matçın 57-ci dəqiqəsində İvan Santyaqo Diasın əvəzinə oyuna daxil olub. 

İlk hissədən sonra Şeydayevin komandası hesabda öndə olsa da, ikinci hissədə azlıqda qaldıqdan sonra məğlubiyyət acısı yaşayıb - 1:3.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində